Koronavirusa yoluxan ilk insanın kimliyi ilə bağlı sürpriz iddia

  • 09:56 - 31 Mart

Ötən ilin dekabr ayında Çinin Uhan şəhərində ortaya çıxan koronavirus epidemiyasının necə başladığı və dünyaya yayılması ilə bağlı yeni bir iddia ortaya atılıb.

Avropa.info xəbər verir ki, epidemiyanın necə ortaya çıxması ilə bağlı iddia Çinin Uhan şəhərində dəniz məhsulları bazarında satıcılıq edən 57 yaşlı bir qadından gəlib.  "Wall Street Journal"ın xəbərinə görə, Vei Guixian adlı 57 yaşlı bir qadın virus aşkarlanan ilk insanlardan biri olub.

Nəşr qeyd edir ki, dəniz məhsullarının satıldığı Huanan bazarında satıcı Veidə ötən ilin 10 dekabrında soyuqdəymə simptomları özünü göstərib və qadın müalicə almaq üçün dekabrın 11-də kiçik bir klinikaya gedib. Müalicədən sonra işə davam edən Veinin bu müddət ərzində bir çox insanın yoluxmasına səbəb olduğu düşünülür.

Çində nəşr olunan "The Paper"ə danışan Vei bunları deyib:

"Özümü bir az yorğun hiss edirdim, ancaq bu əvvəlki illərdə olduğu kimi bir yorğunluq deyildi. Adətən hər qış mövsümü qrip keçirirəm. Bunu da sadəcə qrip sandım".

Xəstəliyin təsirindən xilas ola bilməyən qadın sonradan bir xəstəxanaya getdiyini deyib. Burada onu müayinə edən həkimin nəyinsə normal olmadığını anlaya bilmədiyini və ona dərman yazdığını bildirib.

Dərmanların qəbulundan sonra durumunun daha da pisləşdiyini söyləyən Vei, sonradan Uhandakı böyük xəstəxanalardan birinə gedib, orada müayinə olunduğunu deyib. Bu xəstəxanada qadını müayinə edən həkim ona amansız bir xəstəliyə yoluxduğunu açıqlayıb. Sonrakı günlərdə isə eyni bazarda işləyən bir çox insanda buna bənzər simptomlar göründüyünü qeyd edib.

İlk əlamətlərini göstərməsinin üzərindən 8 gün keçdikdən sonra qadın huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Vei adlı qadın sonradan koranavirus (Kovid-19) adını alan, bütün dünyada sürətlə yayıldığı üçün pandemiya elan olunan bu xəstəliyə ilk yoluxan insanlardan biri kimi qeyd olunub.


Oxunma sayı: 11584

Oxşar yazılar