ÜST-dən tibbi maskalarla bağlı şok xəbərdarlıq: Əgər xəstə deyilsinizsə...

  • 09:35 - 31 Mart

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tibbi maskaların ümumi istifadəsinin koronavirusun yayılmasına qarşı mübarizəyə xeyir vermədiyini bildirib.

Avropa.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Təcili Yardımlar direktoru Maykl Rayan əgər insan xəstə deyilsə, maskanın səhv çıxarılması zamanı infeksiyaya yoluxmada əlavə risklər yarada biləcəyini qeyd edib.

Qeyd edək ki, maskalardan istifadə koronavirusla əlaqəli ən mübahisəli məsələlərdən biridir. Bazar ertəsi Avstriya hökuməti supermarketlərdə alış-veriş edərkən maska taxmağın məcburi hala gətiriləcəyini açıqlayıb. Çexiya hökuməti isə ictimai yerlərdə tibbi maskalardan istifadə etməyi məcburi hala gətirib.

Xatırldaq ki, bir qədər əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib ki, sağlam insanların adi halda maskadan istifadə etməsi düzgün deyil: “Yalnız insanlar çox olan yerdə sağlam insanlar tibbi maskadan istifadə edə bilərlər”.


Oxunma sayı: 5611

Oxşar yazılar