Tram və Putin arasında razılaşma: Bu məsələdə G20 ölkələri ilə birlikdə hərəkət edəcəklər

  • 09:18 - 31 Mart

ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında qlobal neft böhranı ilə bağlı telefon danışığı olub.

Avropa.info xəbər verir ki, Ağ Ev sözçüsünün müavini Cudd Deere  liderlərin telefon danışığı ilə bağlı açıqlama yayıb. 

Onun sözlərinə görə, prezidentlər telefon danışığında koronavirus pandemiyası və qlobal neft böhranının müzakirə ediblər.

Ağ Ev rəsmisi qeyd edib ki, Tramp və Putin koronavirusla mübarizə və qlobal iqtisadiyyatı canlandırmaq məsələsində G20 ölkələri ilə birlikdə fəaliyyət göstərmək barədə razılığa gəliblər.

"Venesuela ilə əlaqədar olaraq, Prezident Trump ölkədəki vəziyyətin dəhşətli olduğunu bir daha təkrarladı və davam edən böhrana qarşı demokratik bir keçid görməyin hamımızın maraqları çərçivəsində olduğunu söylədi", -deyə Deere əlavə edib.

Kremldən verilən açıqlamada Putin və Trumpın neft bazarındakı mövcud vəziyyəti müzakirə etdikləri və enerji nazirləri vasitəsi ilə bu istiqamətdə məsləhətləşmələrin davam etdirilməsinə razılıq verildiyi qeyd edilib.


Oxunma sayı: 4599

Oxşar yazılar