Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

  • 01:06 - 31 Mart

”Bu gün – 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, xalqımız deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadaraq müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə nail olmuşdur”. 

Avropa.info xəbər verir ki, bunu  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram səhifəsində yazıb.

Mehriban Əliyeva soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edərək, bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.


Oxunma sayı: 2410

Oxşar yazılar