Avropa Komissiyası da virusla mübarizə üçün Azərbaycana pul ayırdı

  • 23:55 - 30 Mart

Avropa Komissiyası (AK) koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan da daxil olmaqla "Şərq Tərəfdaşlığı" ölkələrinə 140 milyon avro yardım paketi ayırıb.

Virtualaz.org-un məlumatına görə, bunu Avropa Komissiyasının nümayəndəsi Ana Pisonero bu gün Brüsseldə keçirilən brifinqdə deyib.

Tədbirdə o da bildirilib ki, Avropa Komissiyası həmçinin təxminən 700 milyon avro dəyərində olan mövcud alətlərinin istifadəsini koronavirus böhranının sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasına yönəltməyi planlaşdırır.

Xatırladaq ki, COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) də Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıblar.


Oxunma sayı: 4478

Oxşar yazılar