İsrailin Baş naziri karantinə alındı - Yenilənib

  • 19:35 - 30 Mart

İsrailin baş naziri Benyamin Netanyahu karantinə alınıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Məlumatda bildirlib ki, Benyamin Netanyahu koronavirusla bağlı analiz verib, analizin nəticəsi müyyənləşənə qədər o, karantində olacaq. Baş nazirlə yanaşı onun məsləhətçiləri də kanantində olacaq.

Xatırladaq ki, indiyədək İsraildə 4347 nəfər koronavirusa yoluxub. Bunlardan 134 nəfər sağalıb, 16 nəfər dünyasını dəyişib 95 nəfərin isə vəziyyəti ağırdır.

*   *   *12:19

İsrailin Baş naziri Benyamin Netanyahunun ultraortodoksal icmasının işləri üzrə köməkçisi Rivka Palux koronavirusa yoluxub.

64 yaşlı Palux əri bu diaqnozla xəstəxanaya yerləşdirildikdən sonra özü də müayinədən keçmək məcburiyyətində qalıb.

Məlumatlarda həmçinin bildirilir ki, köməkçi cümə axşamı hökumət başçısı ilə də ünsiyyətdə olub, ancaq Netanyahu administrasiyası onların görüşü zamanı lazımi məsafənin qorunduğunu vurğulayıb.

O da qeyd olunur ki, Netanyahu Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq 14 gün karantində qalmalı ola bilər.


Oxunma sayı: 7360

Oxşar yazılar