Prezident MDB-də malların mənşə ölkəsinin təyin edilməsi qaydalarına dair sazişdə dəyişiklikləri təsdiqləyib

  • 19:05 - 30 Mart

Azərbaycan Prezidenti İlham Əliyev “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Avropa.info-nun məlumatına görə, Fərmanla “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə 2019-cu il mayın 31-də Aşqabad şəhərində Azərbaycan Respublikası Hökumətinin qeyd-şərtlə imzaladığı Protokol təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görməsi tapşırılıb.


Oxunma sayı: 3785

Oxşar yazılar