Türkiyənin 18 şəhərində 39 yaşayış məntəqəsi karantinə alınıb

  • 18:50 - 30 Mart

Koronavirusa qarşı aparılan qabaqlayıcı tədbirlər çərçivəsində martın 30-da yerli vaxtla saat 15:15-dən etibarən Türkiyənin 18 şəhərinin 39 yaşayış məntəqəsi karantinə alınıb.

Avropa.info xəbər verir ki, bu barədə qərar ölkənin Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilib.

Qərara əsasən, Rizə, Van, Yozqat, Malatya, Tunceli, Artvin, Gümüşhane, Kütahya, Çankırı, Sivas, Giresun, Çanaqqala, Çorum, Düzce, Bayburt və digər şəhərlərə aid bir qəsəbə, altı məhəllə, 28 kənd və dörd oba olmaqla, ümumilikdə, 39 yaşayış məntəqəsi karantin bölgəsi elan edilib.


Oxunma sayı: 5127

Oxşar yazılar