Gürcüstanda sabahdan ümumi karantin rejimi başlayır, komendant saatı tətbiq olunacaq

  • 18:10 - 30 Mart

Sabahdan Gürcüstanda ümumi karantin elan ediləcək.

Avropa.info apa-ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Giorgi Qaxariya bu gün keçirdiyi brifinqdə bildirib.

Baş nazir qeyd edib ki, karantin səhər saat 8-dən etibarən tətbiq ediləcək.

 

Qərara əsasən, qatarların, metro və digər ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Baş nazir qeyd edib ki, ümumi karantin rejiminin tətbiq edilməsindən sonra saat 21:00-dan 06:00-dək piyadaların hərəkəti qadağan ediləcək.

Bunda başqa, ictimai yerlərdə  insanların bir-birinə 2 metrdən daha yaxın məsafədə dayanması, apteklər və ərzaq mağazaları istisna olmaqla, 3-dən artıq şəxsin bir yerə toplaşmasına icazə verilməyəcək.


Oxunma sayı: 2630

Oxşar yazılar