AZAL-ın uçuş heyəti də Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırır – Video

  • 16:45 - 30 Mart

“Azərbaycan Hava Yolları” pilotların və təyyarə bələdçilərinin Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırışlarının əks olunduğu sosial videoçarx hazırlayıb.

Aviaşirkətdən Avropa.info-ya verilən məlumata görə, AZAL ölkə vətəndaşlarına müraciət edərək, karantin rejiminə riayət etməyə, yaxınları və tanışlarını, xüsusilə yaşlıları artıq təmasdan qorumağa çağırır.

Videoçarxın əsas ismarıcı özümüzün və yaxınlarımızın əmin-amanlığı naminə evdə qalmaq və sağlamlığımızı qorumaqdan ibarətdir: “Bu gün ölkəmizin sağlam və firavan gələcəyi üçün birlik göstərmək hər zamankından daha vacibdir. Bu gün evdə qalın ki, sabah ailəlikcə səyahətə yollana və yeni-yeni ölkələr kəşf edə biləsiniz”.


Oxunma sayı: 3895

Oxşar yazılar