Azərbaycanda itkin düşən şəxs oğurluq edərkən tapıldı

  • 15:59 - 30 Mart

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də rayon ərazisindəki evlərin birindən içərisində 6500 ABŞ dolları, 19.000 manat pul, 10.000 manat dəyərində qızıl-zinət əşyaları, bank kartı və sənədlər olan seyf oğurlamaqda şübhəli bilinən rayon sakinləri olan 4 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən Avropa.info-ya bildirilib.

Qeyd edilir ki, onlardan birinin itkin düşən şəxs kimi axtarışda olduğu da müəyyən edilib.


Oxunma sayı: 5721

Oxşar yazılar