Səhiyyə Nazirliyi spirtlə bağlı əhaliyə xəbərdarlıq etdi
- 15:51 - 30 Mart
Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur.
Avropa.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi vətəndaşlara müraciətində bildirib.
Qeyd olunub ki, adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir.
Mərkəz əhalini bu məsələdə diqqətli və ehtiyatlı olmağa çağırıb.