Xüsusi karantin rejiminin gücləndirilməsi tədbirlərinə Daxili Qoşunlar cəlb edildi

  • 15:40 - 30 Mart

Xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə Daxili Qoşunların hərbi qulluqçuları cəlb edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avropa.info -ya verilən məlumata görə, bu gündən xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları polis əməkdaşları ilə birgə xidmətə cəlb ediliblər.

Qeyd olunub ki, Bakı və Sumqayıtda həyata keçirilən tədbirlər koronavirus infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşların təhlükəsizliyini təmin etmək, məhdudlaşdırma tədbirlərini tam və hərtərəfli yerinə yetirmək, onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədi daşıyır.


Oxunma sayı: 4214

Oxşar yazılar