Bu ölkələrdə koronovirusdan ölüm sayı artdı

  • 14:55 - 30 Mart

İranda son ərzində daha 117 nəfər Kovid-19 virusundan həyatını itirib.

Avropa.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cihanpur məlumat verib. Beləliklə, ümumi ölü sayı 2757 nəfərə çatıb. Yoluxma sayı isə 3186 nəfər artaraq, 41 min 495-ə çatıb. 

Virusa yoluxan xəstələrdən 3511 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir. 13 min 911 nəfər isə müalicələrini başa vuraraq, evə buraxılıblar.

İspaniyada isə sutka ərzində Kovid-19-dan 812 ölüm faktı qeydə alınıb. Bu ölkə epidemiyanın əvvəlindən ölənlərin sayı 7340 nəfər olub. 


Oxunma sayı: 5391

Oxşar yazılar