Koronaya qarşı bu dərmandan istifadə edildi - Effektiv nəticə

  • 14:28 - 30 Mart

İranın Xuzistan vilayətinin Əhvaz şəhərində koronavirusa qarşı bitki tərkibli dərman sınaqdan keçirilib.

Avropa.info axar.az-a istinadən bildirir ki, bu barədə danışan iranlı həkim Mənsur Əmin bitkidən alınan flavonoidlə hazırlanan dərmanın bu günə qədər 10 xəstə üzərində test edildiyini bildirib.

O qeyd edib ki, 5 koronavirus xəstəsinə dərman müsbət təsir edib.

Əmin İran Səhiyyə Nazirliyinin təsdiqindən sonra digər xəstələrin də müalicəsi üçün sözügedən dərmandan istifadənin mümkün olacağını vurğulayıb.


Oxunma sayı: 5336

Oxşar yazılar