Koronavirusa necə qalib gəlməli: beş səmərəli strategiya

  • 14:11 - 30 Mart

Кoronavirus dünya boyu yayılıraq bütün planetdə panika yaradıb: hər gün minlərlə yeni yoluxma və ölüm faktları açıqlanır.

Xeyli sayda şəhər və bəzən hətta ayrı-ayrı ölkələr karantin rejimindədirlər: aviareyslər, beynəlxalq miqyaslı vacib tədbirlər, idman oyunları və musiqi festivalları təxirə salınıb.

Son həftələrdə Avropa infeksiyann episentrinə çevrilib, dünyanın digər yerlərində - Latın Amerikası, ABŞ və Yaxın Şərqdə yoluxanların sayı gündən-günə artır.

Bəzi ölkələr epidemiyanın qarşısını ala biliblər. Martın 23-nə olan məlumata görə, dünya üzrə virusa yoluxanların sayı 340 min, ölənlərin sayı isə 15 mindir.

Artıq yeni bir virusun ortaya çıxdığı Çinə qonşu olmalarına baxmayaraq bəzi Asiya ölkələri Covid-19 xəstəliyinin yayılmasını durdurublar.

"Epidemiyayla mübarizədə uğur qazanmış ölkələr var və məncə, biz onların təcrübəsindən nümunə götürməliyik. Mən təkcə Çini nəzərdə tutmuram. Bu ölkədə çox sərt karantin tədbirlərindən sonra yoluxma hallarının kəskin azalıb. Ola bilsin, daha demokratik ölkələrdə belə üsullara əl atmaq çətin olardı. Bəzi başqa ölkələrsə eyni dərəcədə effektli olan fərqli metodlar seçdilər" - Con Hopkins Universitetinin professoru, epidemioloq Tolbret Nyensva BBC-yə müsahibəsində belə deyib.

23,6 milyon əhalisi olan, Çinin qonşuluğunda yerləşən Tayvanda cəmi 215 yoluxma və 2 ölüm faktı qeydə alınıb.

7,5 milyon insanın yaşadığı və Çinlə quru sərhədi olan Honkonqda isə iki ay ərzində ancaq 155 yoluxma və 4 ölüm baş verib. Ancaq son həftələrdə xəstələnənlərin sayı yenidən artmağa başlayıb. Hazırda bu ölkədə yeni mübarizə üsulları tətbiq edilir.

Çox da uzaqda olmayan Yaponiyada (120 milyon əhali) 1100, Cənubi Koreyada isə 9 min insan xəstələnib. Ancaq son həftələrdə bu ölkədə həm yoluxma, həm də ölüm sayında azalma müşahidə olunur.

Professor Nyensva hesab edir ki, bu ölkələrin qısa zamanda uğur qazanmasının səbəbi vaxtında tədbir görmələri və yeni mübarizə üsullarından istifadə etmələridir.

Bəs, ən effektli strategiyalar hansılardır?

1. Test, test və yenə də test!

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), o cümlədən, BBC-nin məsləhətçi ekspertləri virusla mübarizədə əsas faktorun erkən diaqnoz olduğunu təsdiqləyirlər.

"Nə qədər adamın yoluxduğunu bilmədən virusun təsirinin real miqyaslarını öyrənmək və buna uyğun tədbirlər görmək çətin olar" - Nyensva belə deyir.

Amerikanın Templ Universitetinin professoru, epidemioloq Kris Conson da eyni fikirdədir.

O hesab edir ki, yoluxmaları azaltmağa məhz bu kömək edib: test üsuluna üstünlük verən ölkələrdə xəstələnlərin sayı azalıb, testin prioritet olmadığı ölkələrdə isə əksinə, kəskin artıb.

"Cənubi Koreya hakimiyyəti gün ərzində təxminən 10 min adamı test edib. Yəni bu ölkə 2 gün ərzində ABŞ-ın 2 ay ərzində yoxladığından daha çox vətəndaşı testdən keçirib" - professor Conson BBC-yə müsahibəsində belə deyib.

ÜST-nin rəhbəri Tedros Hebreyesus hesab edir ki, səhhətində koronavirus simptomları müşahidə edilən hər bir şəxsin test edilməsi pandemiyanın qarşısını almağın əsas şərtidir.

"Bütün ölkələr sadə bir məsləhətimiz var - test edin, test edin, test edin. Bütün ölkələr bütün şübhəli halları test etmək imkanına sahib olmalıdırlar - onlar pandemiyaya qarşı gözübağlı mübarizə apara bilməzlər" - Hebreyesus bu yaxınlarda keçirdiyi mətbuat konfransında belə deyib.

O, yalnız aşkar simptomlara malik şəxslərin test edilməsinə etiraz edib, bildirib ki, belə yanaşma tam mənzərəni görməyə kifayət etməz; simptomları zəif və xəstəliyi yüngül olan şəxslərin infeksiyanı yaymasına şərait yaradar.

2. Xəstələnənlərin təcridi

Professor Kris Conson deyir ki, "Öz vətəndaşlarına nəzarət etmək, testdən keçirmək və karantinə almaq məsələsində Cənubi Koreya və Çin ciddi uğurlar nümayiş etdirdilər".

Onun sözlərinə görə, test üsulu həm xəsətlənənləri izolə etmək və virusun yayılmasını əngəlləmək, həm də simptomların görünmədiyi potensial xəstələri aşkarlamaq baxımından səmərəlidir. Xanım Conson qeyd edir ki, Çin hökuməti virusun mümkün yayılma ünvanlarını aşkarlamaqda "super sayıqlıq" göstərib və ola bilsin ki, bu, yoluxanların sayının azalmasında əhəmiyyətli rol oynayıb:

"Yüksək temperaturu olan şəxslər xüsusi "temperatur klinikalarına" gedir və orda "Covid-19" testindən keçirlər. Virus aşkar olunarsa, digər ailə üzvlərini yoluxdurmamaları üçün onları "karantin otellərinə" yerləşdirirlər".

Tayvan, Sinqapur və Honkonq yeni üsuldan istifadə ediblər: potensila təhlük mənbəyi hesab olunan şəxsləri öz evlərində izolə edərək karantin şərtlərini pozanları 3 min dollar cərimələyiblər.

Professor Nyensevin də dediyi kimi, həm birinci, həm də ikinci variant yoluxanların və potensial xəstələrin müəyyən edilməsin xidmət edir.

Məsələn, Tayvanda və Sinqapurda hökumət xəstələrin kimlərlə ünsiyyətdə olduğunu onun özündən soruşmaqla yanaşı, daxili izləmə kameralarının görüntülərini və ictimai nəqliyyat biletlərini də yoxlayır.

Nyensev deyir ki, "Martın 12-də Honkonqda 445 yoluxma faktı qeydə alınıb, onlarla ünsiyyətdə olanların da yoxlanması üçün 14 900 laboratoriya analizi aparılıb və 19 nəfərdə testlər müsbət nəticə göstərib".

3. Hazırlaşmaq və sürətli reaksiya


 

Xəstəlik əhalinin çox hissəsinə yoluxmamış hərəkət etmək - daha əvvəl Qərbi Afrikada ebola virusuna qarşı profilaktik tədbirlərdə iştirak etmiş professor Nyensva deyir ki, virusun lokallaşdırılmasında və azladılmasında vacib olan məqamlardan biri də budur.

Tayvan və Sinqapurun təcrübəsi göstərdi ki, erkən diaqnostika və yeni xəstələnənlərin izolyasiyası epidemiyanın qarısının alınmasında həlledici faktor ola bilər.

Bu yaxınlarda "Amerika Həkimlər Assosiasiyasının Jurnalı"nda ("Journal of the American Medical Association") dərc olunmuş bir məqalədə deyilir ki, tayvanın bu sahədəki uğuru ölkənin belə situasiyaya nisbətən hazır olması və hələ 2003-cü ildə Epidemioloji Nəzarət Mərkəzi yaratmasıyla bağlıdır.

Bu regionda ortaya çıxmış SARS epidemiyasından sonra yaradılan bu qurum bir neçə elmi araşdırma mərkəzi və hökumət idarəsindən ibarətdir. Mərkəz artıq həm nəzəri baza, həm də konkret fəaliyyət metodları hazırlayıb, təlimlər keçib.

"Fəaliyyətə hazır olmaq və sürətlə işə başlamaq - qəfil epidemiyaların ilkin mərhələlərində bunlar son dərəcə vacib şərtlərdir. Avropa və ABŞ həm hazır deyildilər, həm də şox ləng reaksiya verdilər" - Nyensva belə deyir.

Tayvan hələ yanvarın ortalarında, yəni yeni virusun hava yoluyla insandan insana keçdiyi hələ təsdiqlənməmiş Çinin Uhan şəhərindən - koronavirus epidemiyasının başladığı yerdən uçub gələn bütün sərnişinləri nəzarətə götürüb.

Honkonq hökuməti yanvarın 3-dən etibarən ölkəyə gələnlərin temperaturunu yoxlamağa və bütün turistlərə 14 günlük karantin tətbiq etməyə başlayıb. Həkimlərə göstəriş verilib ki, təzəlikcə Uhanda olmuş hər bir şəxsin yüksək temperaturu və ya respirator virus infeksiyası əlamətləri haqqında məlumat versinlər.

Professor Nyensva onların bu məsələdə də cəld tərpəndiklərini vurğulayır:

"Virus yayılmağa başlayanda qabaqlayıcı tədbirlər effekt vermir".

4. Sosial distansiya

Honkonqda və Tayvandakı kimi, bu mərhələdə əhalini qorumağın ən effektli üsulu sosial distansiya tədbirlərinə əl atmaqdır.

Honkonq hökuməti hələ yanvar ayının axırlarından vətəndaşlara evdən işləməyi tövsiyə edib, məktəbləri bağlayıb, bütün tədbirləri ləğv edib.

İngilisdilli yerli "Straits Times" qəzetinin xəbərinə görə, Sinqapur hökuməti məktəbləri bağlamayıb, ancaq hər gün müəllim və şagirdləri test edib, sağlamlıqlarının monitorinqini aparıb.

5. Gigiyena tədbirlərinin təbliği

ÜST bildirir ki, yoluxmadan qorunmaq üçün tez-tez əlləri yumaq və gigiyena qaydalarına əməl etmək çox vacibdir.

Həkimin sözlərinə görə, "Bir çox Asiya ölkələri 2003-cü ildəki SARS epidemiyasından dərs çıxarıblar. Başa düşüblər ki, insanlar gigiyena qaydalarına əməl etsələr, nə xəstələnərlər, nə də infeksiyanı başqalarına yoluxdurarlar".

Sinqapur, Honkonq və Tayvan küçələrində antibakterial gel dispenserləri var. Bu ölkələrdə profilaktika məqsədilə maska taxmaq da çox populyardır.

Maskalar yoluxmanın qarşısını alacaq qədər effektli olmasa da, xəstə şəxsin asqırağı və öskürəyi vasitəsilə yoluxmaların sayını azaldır.


Oxunma sayı: 5413

Oxşar yazılar