Tarixi adlarımızın dəyişdirilməsinə səs verənlər Milli Məclisdə oturub - Musa Qasımlıdan etiraz

  • 13:07 - 30 Mart

“Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri bir çox tarixi adlar, toponimlər yersiz yerə dəyişdirilib”.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında qanun layihəsinin müzakirəsi zamanı Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı deyib.

Deputat bildirib ki, parlamentarizm tarixində bəziləri Azərbaycanın tarixi adlarının dəyişdirilməsinə səs veriblər:

“Onların bəziləri hazırda da burada oturub. Azərbaycanın tarixi adlarının dəyişdirilməsi yolverilməzdir. Hesab edirəm ki, biz toponimləri qorumalıyıq. Bu bizim keçmişimiz və tariximizdir. Biz bunları dəyişməməliyik”.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruizov bildirib ki, toponimiya məsələləri Regional məsələlər komitəsi tərəfindən təqdim olunacaq:

“Ancaq bizim adımız orada yoxdur”.

Deputat Siyavuş Novruzovun iradına cavab verən Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev bildirib ki, Toponomiya Komissiyasında mütəxəssislərin rəyi əsas götürülür:

“Son söz isə Milli Məclisin komitələri və Milli Məclisdə deyilir”.


Oxunma sayı: 4566

Oxşar yazılar