Parlament iclaslarının onlayn keçirilməsi proseduru müəyyənləşdi

  • 12:48 - 30 Mart

Karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin, Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək.

Avropa.info APA-ya istinadən xəbər verir ki, bu, bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.

Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək. Milli Məclisin və komitələrinin iclaslarının İnternet vasitəsi ilə keçirilməsi ilə əlaqədar Milli Məclisin iclaslarında səsvermənin növləri və qaydasına da dəyişiklik edilir. Qüvvədə olan Daxili Nizamnaməyə əsasən, səsvermə zamanı Milli Məclisin iclas salonunda olmayan deputat səsverməyə ayrılan vaxt qurtardıqdan sonra səs verə bilməzdi. Təklif edilən dəyişikliyə əsasən, deputatın səs verməsi üçün salonda olması tələbi ləğv edilir. Təklif edilən yeni redaksiyaya əsasən, deputat səsverməyə ayrılan vaxt qurtardıqdan sonra səs verə bilməz.

Qanunun Milli Məclisin komitə və komissiya iclaslarının real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə müddəası 2020-ci il dekabrın 30-dək qüvvədə olacaq.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib.


Oxunma sayı: 5512

Oxşar yazılar