"Brent" markalı neft 23 dollardan aşağı satıldı

  • 12:36 - 30 Mart

Bu gün hərraclarda "Brent" markalı neftin qiyməti ilk dəfə 2002-ci ilin noyabrındakı dəyərinə - bir barel üçün 23 dollara düşüb.

Avropa.info xəbər verir ki, may ayında alınacaq neft ucuzlaşaraq 22,79 dollara, iyun qiyməti 5,94% ucuzlaşaraq 26,69 dollaradək düşüb.

WTI markalı neftin qiyməti isə 5,76% ucuzlaşaraq 20,27 dollar olub. Keçən bazar ertəsi WTI 20 dollaradək ucuzlaşmışdı.

Qeyd edək ki, 1 apreldə etibarən OPEK+ ölkələri bir-biri qarşısında hər hansı öhdəlik daşımayacaqlar. Rusiya və Səudiyyə Ərəbistanı neft hasialatının azaldılması ilə bağlı razılığa gələ bilməyiblər.


Oxunma sayı: 5996

Oxşar yazılar