"Sanksiyalar İranı humanitar fəlakətə aparır" - Zərif ABŞ-ı "iqtisadi və tibbi terrorizm"də ittiham etdi

  • 12:08 - 30 Mart

İran xarici işlər naziri Cavad Zərif ABŞ-ın Tehrana qarşı sanksiyalarını "iqtisadi və tibbi terrorizm" adlandırıb.

Avropa.info xəbər verir ki, onun sözlərinə görə, sanksiyalar İranı humanitar fəlakətə aparır.

"ABŞ hökumətinin sanksiyaları nəticəsində İranın maliyyə mənbələrinin qanunsuz şəkildə bloklanması səbəbindən tibbi ləvazimat və dərmanlar almaq mümkün deyil. Bu humanitar fəlakətə aparır" - Zərif deyib.

O, ABŞ-ın sanksiyaları qorxusu üzündən müxtəlif ölkə banklarının İranla əməliyyat aparmaqdan qorxduğunu deyib. 

"Avropa istehsalçı şirkətləri ABŞ sanksiyaları qorxusu üzündən İranla ticarət etmir və ona tibbi ləvazimatlar satmır. ABŞ-ın sanksiyaları qanuni ticarəti əhatə edir. Amerika rəsmilərinin İrana dərman, tibbi avadanlıq, satılması ilə bağlı qəbul etdiyi şərtlər İranda Kovid-19 virusunun yayılması üçün ciddi maneələr yaradır. Bununla da ABŞ -ın İrana qarşı iqtisadi və tibbi terrorizmi fərqli formalar alıb".


Oxunma sayı: 4390

Oxşar yazılar