İmişlidə dezinfeksiya işləri davam etdirilir - FOTO

  • 12:03 - 30 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın son göstərişlərinə uyğun olaraq koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri İmişli rayonu ərazisində də operativ şəkildə icra olunur.

Avropa.info xəbər verir ki, rayon ərazisində sanitar-dezinfeksiya işləri davam etdirilərək, küçələr xüsusi dezinfeksiyaedici maddələrlə yuyulur, yaşayış binalarının pilləkənləri, məhəllələr, idman meydançaları, istirahət parkları dezinfeksiya olunur. Bundan əlavə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün qabaqlıyıcı tədbirlərə uyğun olaraq rayon İcra Hakimiyyətində yaradılan müvafiq qruplar tərəfindən binalarda, ictimai yerlərdə sanitar-dezinfeksiya işlərinin mütəmadi aparılmasına nəzarət edilir. 


Oxunma sayı: 4544

Oxşar yazılar