İcbari tibbi sığortanın tətbiqi müddəti uzadıldı

  • 12:02 - 30 Mart

Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılıb.

Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta” haqqında qanuna dəyişiklik edilib.

Qüvvədə olan qanuna əsasən, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunmalı idi.

Dəyişikliyə əsasən, bu müddət 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

azvision.az


Oxunma sayı: 3532

Oxşar yazılar