Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı

  • 11:32 - 30 Mart

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılıb.

Avropa.info Trend-ə istinadən bildirir ki, bu barədə məsələ "Azərbaycan Respublikasının vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik Milli Məclisin bu gün keçiriləcək plenar iclasında müzakirəyə çıxarılıb və səsə qoyularaq qəbul edilib.


Oxunma sayı: 3444

Oxşar yazılar