Bu xəstəlik və zərərli vərdişlər Kovid-19-u ağır keçirmə riskini dəfələrlə artırır

  • 11:18 - 30 Mart

Yaşlı adamlardan başqa şəkər diabeti, piylənmə, nəfəs və bronx yolları xəstəliyi, həmçinin ürək-damar xəstəlikləri olan şəxslər koronovirus qarşı daha həssasdırlar.

Avropa.info xəbər verir ki, bu açıqlamanı Rusiya səhiyyə naziri Mixail Muraşko verib. O, virusun irəliləmə müddətinə çatmamış çox ağır vəziyyət pasientlərin olduğunu bildirib.

Nazirin sözlərinə görə, alkoqol istehlakı xəstələrə yardım göstərilməsi imkanlarını dəfələrlə çətinləşdirib, bəzilərini heç bir halda xilas etmək olmurdu.

"Alkoqol bu halda birmənalı olaraq məsləhət görülmür. Gəlin razılaşaq: o, istənilən miqdarlarda zərərlidir. Eyni şey siqaret çəkməklə bağlıdır. Haradasa şayiə gəzirdi ki, o, koronovirusu öldürür. Bu absurddur" - rus nazir deyib.

O, hər bir tiryəkinin hansısa nəfəs yolları xəstəliyi olduğunu bildirib:

"Dəqiqdir ki, virusla bərabər yaxşılığa aparmayacaq" .

Muraşko rusiyalıları ziyanlı vərdişlərlə orqanizmin möhkəmliyini azaltmamağa çağırıb. Nazir həmçinin ağır və çox yeməkdən imtinanı təklif edib.

"Ən doğrusu - rasional və balanslaşdırılmış qidalanmadır. Həmçinin yaxşı havalandırılmış yerlədə fiziki təlimlər. Bundan əlavə, mövsümlə bağlı olaraq temperaturun qalxması da bizə işləyir. Düzdür, daimi 25 dərəcəni gözləmək lazımdır. Bax, onda bizdə hər şey yaxşı olacaq" - o, deyib.

Muraşko Rusiyada koronovirusun yayılma prosesinin artan tempdə davam etdiyini bildirib. 


Oxunma sayı: 6084

Oxşar yazılar