Koronavirusun müalicəsi ilə bağlı dünyanın gözlədiyi xəbər: 7 ölkədə 300 xəstə üzərində sınaqdan keçirildi

  • 11:04 - 30 Mart

Koronavirusun müalicəsi üçün dünyanın gözlədiyi xəbər yayılıb. Avropa.info xəbər verir ki, "Sanofi" və "Regeneron Pharmaceuticals" adlı dərman şirkətləri Kovid-19 virusunun müalicəsi üçün istehsal edilən "Kevzara" adlı dərmanı 7 ölkədəki 300 xəstədə sınamağa başladığını açıqlayıb.

Dərman şirkətləri dünyanı ağuşuna alan koronavirusun qarşısının alınması üçün ümidverici açıqlama yayıb. 

Son bir həftədə ABŞ-da dərmanların xəstələr üzəridə sınaqdan keçirildiyini bəyan edən şirkətlər, immunitet sisteminə təsir edən dərmanların İtaliya, İspaniya, Almaniya, Fransa, Kanada və Rusiyadakı xəstələrlə sınaqdan keçiriləcəyini açıqlayıb.

Şirkətlər son sınaqların təxminən 300 xəstə üzərində olacağını açıqlayıb. Sınaq prosesində iştirak edəcək insanların Kovid-19 epidemiyasında vəziyyətlərinin çox ciddi və kritik olan xəstələrdən seçildiyi bildirilib.

Həkimlər və elm adamları koronavirusunun sitokin fırtınası olaraq bilinən immunitet sisteminə həddindən artıq təsir edərək, orqanlara ziyan verməsini düşünsələr də, immunitet sisteminin bu dərmanlarla yönlənəldirilə biləcəyinə ümid edirlər.

"Röyter"in xəbərində "Regeneron"un ABŞ-dakı sınaq prosesini idarə etdiyi və "Sanofi" şirkətinin isə xarici ölkələrdə işləməyə davam etdiyi açıqlanıb.


Oxunma sayı: 12387

Oxşar yazılar