“Azəriqaz”dan bu şəxslərə xüsusi jest - Video

  • 10:55 - 30 Mart

“Azəriqaz” İstehsalat Birliyi Azərbaycan hökuməti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə atdığı addımlara dəstək olaraq sosial aksiyaya start verir.

Avropa.info ATV-yə istinadla xəbər verir ki, bu barədə qurumun şöbə rəisi Ceyhun Səfərov məlumat verib.

Onun sözlərinə görə, bu gündən etibarən #evdəqal çağırışlarına uyğun olaraq evlərini tərk etməyən 65 yaşdan yuxarı abonentlərə “Azəriqaz” İstehsalat Birliyi də yardımçı olacaq.

Bu yaş kateqoriyasına aid olan şəxslər Birliyin 104/185 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla nəyə ehtiyac duyduqlarını bildirə bilərlər.

Bundan başqa bu barədə (+99477) 3 104 104 saylı "Whatsapp" nömrəsinə mesaj da göndərə bilərlər.

Sosial layihə çərçivəsində xidmətlərə gəlincə, bu, bir sıra sahələri əhatə edəcək.


Oxunma sayı: 3983

Oxşar yazılar