Almaniyada koronovirus yoluxmasında rekord artım - 66 ölü

  • 10:31 - 30 Mart

Almaniyada koronovirus testi təsdiqlənmiş şəxslərin sayı sutka ərzində 4751 nəfər artaraq 57298 nəfər olub.

Avropa.info xəbər verir ki, bazar günü virusdan 66 nəfər ölüb. Bu barədə Robert Kox İnstitutu məlumat yayıb. Beləliklə ölüm hallarının sayı 455-ə çatıb.

Virusun ən çox yayıldığı əyalətlər: Bavariya (13989), Şimali Reyn-Vestfaliya (12178), Baden-Vütemberq (10943), Berlin (2464).


Oxunma sayı: 8031

Oxşar yazılar