Son dəqiqə: Trampdan şok açıqlama: ABŞ koronavirusu 200 min ölü sayı ilə sovuşdurarsa...

  • 09:22 - 30 Mart

ABŞ prezidenti Donald Tramp koronavirusun yayılması ilə əlaqədar verdiyi açıqlamada, ölümlərin 2 həftə içində ən yüksək həddə çatacağını söyləyib. Tramp Kovid-19 tədbirlərini 30 aprel tarixinə qədər uzatmaq qərarına gəldiklərini də açıqlayıb.

Avropa.info xəbər verir ki, ABŞ prezidenti bunları Ağ Evdə keçirdiyi mətbuat konfransında bəyan edib.

"Növbəti iki həftə çox vacibdir. Hər kəs öz üzərinə düşəni etməli və sosial məsafəyə diqqət yetirməlidir. Bu kabus, şübhəsiz ki, bir gün başa çatacaq. Kovid-19 tədbirlərini aprelin 30-dək uzatmaq qərarına gəldik" , - deyə o bildirib.

"Epidemiyada ölümlərin sayının 2 həftəyə qədər ən yüksək səviyyəyə çatacağını gözləyirik. Görünməyən düşmənlə birlikdə mübarizə aparacağıq. İyunun 1-dək prosesin müsbətə doğru dəyişəcəyinə ümid edirik", - ABŞ prezidenti qeyd edib.

Tramp Ağ Evdə Kovid-19 ilə Mübarizə komissiyasında yer alan doktor Antony Faucinin ABŞ-da virusdan ölümlə bağlı rəqəmlərin 100 minlə 200 min arasında ola biləcəyi açıqlaması ilə əlaqədar bunları deyib:

"Biz heç bir şey etməsəydik, 2,2 milyon insanın ölməsi gözlənilirdi, amma 100 min ilə 200 min ölüm sayı ilə bu müddətdən çıxa bilsək, yaxşı bir iş görə bildik, deməkdir".

Tramp hazırda dünyada Kovid-19 virusuna yoluxma sayının ən çox ABŞ-da olduğunu söyləyib: 

"Dünyanın hər hansı bir ölkəsinə nisbətən ABŞ-da daha çox koronavirusa yoluxma hadisəsi var. Çünki dünyanın hər ölkəsindən daha çox test etdik".

Tramp mətbuat konfransında davamlı yalan xəbərlər yazdıqlarını söylədiyi PBS və CNN-in əməkdaşlarını danlayıb.


Oxunma sayı: 5688

Oxşar yazılar