Paytaxtın müxtəlif ərazilərində dezinfeksiya işləri aparılır - VİDEO

  • 23:20 - 29 Mart

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir.

Avropa.info nazirliyə istinadən xəbər verir ki, dünəndən etibarən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində dezinfeksiya tədbirlərinə başlanılıb.

Ayrı-ayrı məkanlarda həyata keçirilən tədbirlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir.


Oxunma sayı: 4159

Oxşar yazılar