Vətəndaşlara pul yardımı ayrılacaq? - Nazirlik rəmisi açıqladı

  • 21:50 - 29 Mart

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib. 

Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Məşğulluq və sosial məsələlərlə bağlı İşçi Qrup vətəndaşların sosial müdafiəsi ilə bağlı təkliflər hazırlayıb.

Avropa.info xəbər verir ki, bu barədə  nazirliyin ictimiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov özünün feysbuk səhifəsində yazıb, 

O qeyd edib ki, hazırda həmin təkliflərə baxılır və yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək. 

Qeyd edək ki, ilk xəbəri "Modern.az" saytı verib. Məlumata görə, yaxın günlərdə vətəndaşlara minimum əməkhaqqı (250 manat) məbləğində vəsait ayrılacaq.


Oxunma sayı: 17755

Oxşar yazılar