Səudiyyə Ərəbistanında tibbi maskaları gizlədən şəbəkənin üzvləri həbs edilib

  • 20:45 - 29 Mart

Səudiyyə Ərəbistanında yeni növ koronavirus pandemiyası ilə mübarizə aparıldığı bir vaxtda 5 milyon ədəd tibbi maska gizlədən, onları sonra satmağı planlaşdıran şəbəkənin üzvləri həbs edilib və onların barəsində cinayət işi açılıb.

Avropa.info xəbər verir ki, bu barədə məlumat verən rəsmi SPA agentliyi həmin maskaların müsadirə edilərək ölkədəki apteklərə paylanıldığını bildirib.

Krallığın Səhiyyə Nazirliyinin martın 29-na olan məlumatına görə, bu ölkədə COVID-19 virusundan ölənlərin sayı 9 nəfərə çatıb. Koronavirusa yoluxma halları isə daha da artaraq 1299 olub. Xəstələrdən 12 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Bu gün Kral Salman bin Əbdüləzizin sərəncamı ilə Məkkə və Mədinədən sonra Ciddə şəhərinə giriş-çıxışlar da bağlanılıb. Ümumilikdə, ölkənin 13 vilayəti arasında nəqliyyatın və insanların hərəkəti qadağan edilib.


Oxunma sayı: 5380

Oxşar yazılar