Suriyada koronavirusdan ilk ölüm halı qeydə alınıb

  • 20:00 - 29 Mart

Suriyada koronavirusdan ilk ölüm halı qeydə alınıb.

Bu barədə Suriyanın Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunur ki, qadın reanimasiyaya yerləşdirildikdən dərhal sonra ölüb. Analiz nəticəsində onun koronavirusa yoluxduğu aşkarlanıb.

 

Hazırda Suriyada rəsmi şəkildə koronavirusa yoluxmuş beş xəstə var. 

Martın 25-dən ölkədə komendant saatı tətbiq olunur. İnsanların kütləvi toplandıqları bütün məkanlar, o cümlədən hava, su və quru sərhədləri bağlanıb. Aprelin 16-dək vətəndaşların vilayətlər arası hərəkəti də məhdudlaşdırılıb.(apa)


Oxunma sayı: 5028

Oxşar yazılar