Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 1 228 nəfər çatıb

  • 19:30 - 29 Mart

Böyük Britaniyada gün ərzində yeni növ koronavirusdan ölənlərin sayı 200-dən çox artaraq 1 228 nəfərə çatdı.

Bu barədə krallığın Səhiyyə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, ümumilikdə COVİD-19 virusuna yoluxmuş xəstələrin sayı ölkədə 19522 nəfərdir.

Britaniya hökumətində etiraf edirlər ki, yoluxmuş şəxslərin real sayı təsdiqlənmiş halların sayından xeyli çox ola bilər, çünki analizlər yalnız xəstəxanalarda olan pasiyentlərdə aparılır.


Oxunma sayı: 5424

Oxşar yazılar