İmişlidə maarifləndirmə və dezinfeksiya tədbirləri davam etdirilir - Fotolar

  • 19:00 - 29 Mart

İmişli rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində koronavirus infeksiyanın yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə ilə qruplar yaradılmışdır. 

Avropa.info xəbər verir ki, bu istiqamətdə sakinlərlə aparılan fərdi söhbətlər zamanı xüsusi karantin rejimin qaydaları bir daha xatırladılmış, bu qaydalara əməl etməyin vacibliyi vurğulanmışdır. Bildirilmişdir ki, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən mərkəzi küçələrdə, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır. Bununla yanaşı insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 nömrəli qaynar xəttə zəng etmək ciddi tövsiyə olunmuşdur. Qruplar eyni zamanda, sakinlərə xüsusi karantin rejiminin tələblərinin vətəndaşların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınması məqsədi ilə tətbiq edildiyini bildirmişlər.
Bir daha rayon sakinlərini Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq. 

Eyni zamanda İmişli rayonunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər davam etdirilir.
Rayonda koronavirusa yoluxma hallarına yol verilməməsi, bu sahədə aparılan profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tərtib edilən qrafik əsasında növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib. Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.


Oxunma sayı: 5699

Oxşar yazılar