Azərbaycanlı teleaparıcı: “Koronavirusa yoluxmamışam, insanlara başa salmaq istədim ki...”

  • 18:28 - 29 Mart

“Koronavirusa yoluxmamışam. İnsanlar statusumu tam oxumayıb.  Yazmışam ki, koronavirusa yoluxmağınız barədə status yazmaq istəmirsinizsə, evdə qalın. Evimdə ailəmlə karantin dövrünü keçirirəm”.

Bu sözləri musavat.com saytına açıqlamasında aparıcı Fira Cəlilova deyib. 

O, bildirib ki, insanlar statusunu səhv başa düşüb və narahat olub: “Mən koronavirus deyiləm. İnsanlar statusumu səhv başa düşdüyü üçün narahat olub.  Onlarla insan zəng vurub, mesaj yazıb mənim üçün narahat olduqlarını bildiriblər. Mən də sosial layihə etmək istədim ki, insanlar sağlamlıqları üçün evdə qalsın. İnsanlar hələ də koronavirusun ciddiliyini anlamayıb. Boş-boş küçədə gəzirlər, evlərdə toplaşıb partilər keçirirlər,  məhəllələrdə gecə ikiyə kimi tum çırtlayıb, söhbət edirlər. Bunlar yol verilməzdir. Ölüm hallarının artmaması üçün evdə qalmalıyıq. Mən də evimdə karantin dövrünü keçirirəm. 

Hindistanda insanları döyə-döyə evdə qalmağa məcbur edirlər. Başqa ölkələrdə pul cərimələri var. Hətta sərt çıxışlarla, söyüşlərlə insanları başa salmağa çalışırlar. Sosial şəbəkələrdə paylaşılan İtaliya rəsmilərinin sərt çıxışları, Hindinstana insanların döyülməsi, hər gün artan ölüm faktları insanlara təsir etmir? Xahiş edirəm ki, hamı evdə qalsın, məcbur olmadıqca evdən çıxmasın”. 


Oxunma sayı: 5358

Oxşar yazılar