Bibiheybət yolu bağlanır

  • 17:40 - 29 Mart

Aparılan tikinti-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avropa.info-ya verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunacaq.

Məhdudlaşma ərazidə tikinti-bərpa işləri aparılan bir-neçə gün ərzində qüvvədə olacaq.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edirik.


Oxunma sayı: 6260

Oxşar yazılar