Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın

  • 17:15 - 29 Mart

Bakıda yataqxanada yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Avropa.info-ya verilən məlumata görə, paytaxtın Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzildə ev əşyaları 12 m² sahədə yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Oxunma sayı: 3620

Oxşar yazılar