“Azərsu” 8600 əməkdaşını məzuniyyətə göndərdi

  • 17:00 - 29 Mart

Bu gündən "Azərsu" Səhmdar Cəmiyyəti 13 600 əməkdaşdan 8 600-nü məzuniyyətə göndərir.

Avropa.info xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, məqsəd koronavirus təhlükəsinin qarşısını almaqdır:

"Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq əməkdaşlarımızın sağlamlığı üçün belə bir addım atmışıq. 5 minə yaxın əməkdaşımız növbəli rejimdə çalışacaq ki, bunlar qəza xidmətinin əməkdaşları, nasos stansiyasının maşinistləri, emal müəssisələrinin işçiləridir".


Oxunma sayı: 4324

Oxşar yazılar