Kral ailəsindən ilk bəd xəbər: Şahzadə koronavirusdan öldü

  • 12:53 - 29 Mart

Dünyada koronavirus (Covid-19) epidemiyasından ən çox ölüm hadisəsi olan ölkələrdən İspaniyadakı kral ailəsindən bəd xəbər yayılıb. 86 yaşlı şahzadə Mariya Tereza xəstəliyə tab gətirməyərək ölüb.

Avropa.info xəbər verir ki, İspaniyanın Burbon-Parma Kral ailəsindən şahzadənin ölümünü qardaşı şahzadə Sixtus Henry açıqlayıb. İspan şahzadəsi beləliklə, dünyada Kovid-19-a məğlub olan ilk kral ailəsi mənsubu olub.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdə 28 iyul 1933-cü ildə doğulan şahzadə Mariya Teresza İspaniya Kral ailəsinin ən kiçik qolu olan Burbon-Parma ailəsindən Şahzadə Xavier və Şahzadə Madeleinein altı övladından biri idi.


Oxunma sayı: 60303

Oxşar yazılar