Seyid Camal Əzimbəylidən çağırış: “Bu əziyyət əbəs deyil”

  • 12:11 - 29 Mart

“Bütün dünyanın bəlasına çevrilən koronavirus təhlükəsinə qarşı Azərbaycan xalqını dövlət tərəfindən həyata keçirilən operativ tədbirlərə tabe olmağa səsləyirəm”.

Avropa.info bildirir ki, bu çağırışı Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli edib.

Onun sözlərinə görə, ölkə vətəndaşlarının Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın bütün təlimatlarını qeyd-şərtsiz yerinə yetirməsi həm hüquqi, həm də mənəvi baxımdan əməl etməsi üzərində bir vəzifədir: “Unutmamalıyıq ki, ölkəmizin, xalqımızın taleyüklü anlarında hər birimiz daha çox məsuliyyətli olmalıyıq. İslamın da buyurduğu kimi insanlar bir-birindən məsuldurlar və ona görə də hər birimizin təhlükəsizliyi üçün tətbiq edilən qaydalara əməl etməliyik. Xüsusilə, yaşı 65-dən yuxarı olan ağsaqqallar, ağbirçəklər təhlükədən uzaq, öz sağlamlıqlarını qorumaq üçün evdən çölə çıxmamalıdırlar. Bu gün Prezident İlham Əliyev başda olmaqla dövlət qurumlarının hər biri yaşca kiçikdən böyüyədək hər birimizin təhlükəsizliyi, sağlamlığının qorunması üçün bütün addımları atır. Sadəcə olaraq, bəyan edildiyi kimi, hər birimiz evdə olmalı və bütövlükdə Operativ Qərargahın tətbiq etdiyi qaydaları yerinə yetirməliyik”.


Oxunma sayı: 4401

Oxşar yazılar