ABŞ həkimlərindən xəbərdarlıq: Koronavirusun yeni simtompları aşkarlandı

  • 10:21 - 29 Mart

ABŞ həkimləri gündən-günə dünyada yayılan və yeni bir simptom olan koronavirusun yeni bir əlaməti ola biləcəyini açıqlayıblar. 

Avropa.info xəbər verir ki, müayinələrdə bəzi xəstələrdə konyunktivit - gözun selikli qişasının iltihabı əlamətlərinin olduğu müəyyən edilib.

Amerika Oftalmologiya Akademiyasının həkimləri bəzi insanlarda yeni bir növ koronavirusun simptomlarından biri kimi  konyunktivit ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Çindəki məlumatları araşdıran həkimlər yeni tip koronavirus (Kovid-19) müalicəsi alan hər 30 xəstədən birində konyunktivit diaqnozu qoyulduğunu müəyyənləşdiriblər.

Çindəki 30 xəstəxanadan toplanan məlumatları özündə cəmləşdirən başqa bir araşdırmada ABŞ həkimləri 1099 koronavirus xəstəsindən 19-da konyunktivit əlamətləri aşkarlandığını bildiriblər.

Yalnız Kovid-19-un göz xəstəliyinin səbəbi sayıla bilməyəcəyini xatırladan ABŞ həkimləri, konyunktivit diaqnozu qoyulan bir insanın koronavirus xəstəliyinə yoluxduğundan ilk şübhəli olduğunu qeyd ediblər.


Oxunma sayı: 8273

Oxşar yazılar