Merkel İsrailin koronavirus ilə bağlı xahişini rədd etdi

  • 10:09 - 29 Mart

İsrailin Baş naziri Binyamin Netanyahunun yeni tip koronavirus (Kovid-19) yayılması səbəbiylə Almaniyadan süni tənəffüs aparatı istədiyi iddia edilib, lakin xahiş kansler Angela Merkel tərəfindən rədd edilib.

Avropa.info xəbər verir ki, İsrailin "Yedioth Ahronoth" qəzetinin məlumatında Netanyahunun bu yaxınlarda Merkel ilə Kovid-19-a qarşı mübarizə kontekstində süni tənəffüs aparatı istədiyini bildirib.

Merkelin xahişi mənfi qarşıladığını bildirən xəbərdə başqa heç bir detala yer verilməyib.

İsrail Baş Nazirinin Aparatından verilən yazılı açıqlamada Netanyahunun çərşənbə axşamı Almaniya Kansleri ilə telefonla danışdığı və bu danışıq haqqında əlavə məlumat verilmədiyi bildirilib.

İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə Kovid-19 diaqnozu qoyulan vətəndaşların sayı 3 min 460 nəfərə çatıb, 12 nəfər isə ölüb.


Oxunma sayı: 3235

Oxşar yazılar