Azərbaycanda xüsusi karantin rejimi başladı

  • 09:45 - 29 Mart

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, bu gündən etibarən ölkəmizdə xüsusi karantin rejimi qüvvəyə minir.

Avropa.info xəbər verir ki, xüsusi karantin rejimində aşağıdakı qadağalar tətbiq edilir:

- xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir);

- Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.

- supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılır, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

- bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılır və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

- bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.


Oxunma sayı: 10517

Oxşar yazılar