Bu gündən birinci sinfə elektron qeydiyyat başlayır - Qaydalar

  • 09:18 - 29 Mart

Bu gündən birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir.

Avropa.info xəbər verir ki, elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən aktivləşəcək.

I siniflərə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Baki şəhəri üzrə ümumtəhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi tibbi-profilaktik vəziyyət nəzərə alınaraq aşağıdakı qaydada davam edəcək.

Belə ki, elektron qeydiyyatdan keçə bilməyən valideynlər “Whatsapp” nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər.

Valideynlər digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əks əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumtəhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.


Oxunma sayı: 7602

Oxşar yazılar