Türkiyənin məşhur futbolçusu koronavirusa yoluxdu

  • 09:10 - 29 Mart

Yeni tip koronavirus testi pozitiv çıxan Türkiyə milli futbol komandasının keçmiş oyunçusu Rüştü Reçber xəstəxanaya yerləşdirilib.

Avropa.info xəbər verir ki, bu barədə sabiq futbolçunun həyat yoldaşı Işıl Reçber öz "İnstaqram" səhifəsində yazıb.

O bildirib ki, Rüştü COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib:

"Daha əvvəl hər şeyin yaxşı olduğuna baxmayaraq, simptomların qısa zamanda inkişaf etməsi bizi də şoka saldı. Kritik müddətdir və çox çətindir. Allah mənim dəyərli həyat yoldaşımla bərabər, bütün xəstələrə şəfa və rahatlıq versin", - deyə o qeyd edib.

Işıl Reçber həmçinin qeyd edib ki, testlərin nəticələri özündə, oğlunda və qızında neqativ çıxıb.


Oxunma sayı: 2531

Oxşar yazılar