Koronavirus və Yeni Dünya Nizamı : Xoşbəxt kölələrin yeni sistemə tabeçilikdən başqa çarəsi yoxdurmu? - Hamza Bulut yazır

  • 01:50 - 29 Mart

1990-cı illərdə başlayan qloballaşma - Yeni Dünya Nizamının hansı mərhələsindəyik? Siyasətdə heç bir şeyin təsadüfi olmadığını bilirik. Bu çərçivədə virusun qlobal konspirasiya olma ehtimalı ağla gəlir. Məsələn; yeni təhsil sistemi, 5 G, evdən işləmək və s. tədbirlərlə illərdir hazırlanan şey virusla həyata keçirilir. Baş verən proseslər sanki təlimi xatırladır. 5G texnologiyası vasitəsilə nəzarətə götürüləcək ölkə iqtisadiyyatları, istehsal formalarının dəyişilməsi və işsizliyin artması ilə yanaşı, insan sayının azaldılması istisna edilməyib.

İnqilab baş verir. Fransız maarifçiliyi dövründəki kimi inqilab. Necə ki, hər inqilab əvvəl gələni məhv edir, bu qlobalist inqilab ilə də avropalılıq məhv olur. Fransız inqilabının fundamental prinsipləri bir-bir sökülüb, kənara atılır. 

200 illik hekayəmizi qısa şəkildə belə şərh edə bilərik. Ölkəni işğal edib istismar (modernizm) etməyin çox xərc tələb etdiyini görən kolonistlər bunun əvəzinə özlərinə qulaq asacaq idarəçilər qoyaraq, işi milli dövlətlərə verdilər. Artıq hərbçi saxlamaq, regionun problemləri ilə maraqlanmağa ehtiyac yox idi. İndi də milli dövlətlərə çəkdikləri xərci azaltmaq istəyirlər. Fəhlələrin uşaqları məktəbə gedəcək deyə varlıların vergi verməsinə nə ehtiyac var?  (Televiziya yolu ilə təhsil) Ölkələr arasında pul köçürmələrinə nəzarət etməyə nə ehtiyac var? (Blokçeyn, bitkoin) Fabriklərdə minlərlə fəhlə işlədib, sosial sığorta məbləği ödəməyə nə ehtiyac var? (Sənaye 4.0) Böyük-böyük(!) 3+1 evlərdə qalan ailələrə nə ehtiyac var? (Queer nəzəriyyəsi, LGBT, kiçik evlər) Yeni inqilab üçün çox yaxşı hazırlandılar. Amma təkanverici ünsürə ehtiyac var idi. Bütün dünyada maarifçilik inqilabının insanlara təmin etdiyi haqları bir-bir əlindən alacaq nəzəriyyələri həyata keçirmək üçündür. İnsanları evə qapadıb sistemi dəyişdirəcək həll yolu.

 Bunu fövqəladə uğurlu bir metodla başlatdılar. Bir virus. İndidən çox şeyə razılaşdıq və çox şeyə də razı olmağa hazırıq. Qlobal kapitalist sistem üçün insan sadəcə rəqəmdir. Sistem üsyanın ayaq səslərinin yüksəldiyi dövrdə virus sayəsində mutasiyaya uğrayaraq davam etməyin yolunu tapıb. Xoşbəxt kölələrin sistemə tabe olmaqdan başqa çarəsi də yoxdur. İndi işimiz yalnız Allaha qaldı!

Qlobal inqilab tarixi (ictimai fikrə təsir əməliyyatları)

2016 - "Bu il qrip bir az sərt keçir"

2017 - "Bu il qrip bir az sərt keçir"

2018 - "Bu il qrip bir az sərt keçir"

2019 - "Bu illər ərzində qrip bir az sərt keçir"

2020 - "Hamımız öləcəyik, küçələrdə qan qusacağıq, evdən çıxmayın, salamlaşmayın, məscidləri bağlayıb, məktəblər bağlansın, küçəyə çıxanın üzünə tüpürün"

2021 - "Qızdırmanı ölçən çipi taxmaq istəməyəni daşlayın"

2022 - "Məktəblər əyani təhsilə heç qayıtmasın, fabriklərdə insanlar deyil, robotlar işləsin"

2023 - "Ailə həyatı virus yayılmaq riskini çox artırır, mümkün olduğu qədər ayrı yaşansın"

2024 - "Evliliyə nə ehtiyac var"

2025 - "Virusa qarşı immuniteti olmayan genlərin çoxalması icazə ilə olsun"

2026 - "Kağız puldan istifadə qadağan olunsun"

2027 - "Blokçeyndən başqa mübadilə vasitəsi istifadə edilməsin"

2028 - "Zəif genlər təbii seleksiyanın öhdəsinə buraxılsın, səhiyyə sistemi lazımsız xərclər çəkməsin".

Hamza Bulut , Ankara /Avropa.info/


Oxunma sayı: 31582

Oxşar yazılar