Fransada koronavirus qurbanlarının sayı 2,3 min nəfəri ötdü

  • 23:45 - 28 Mart

Fransada koronavirusa yoluxanların sayı 37,5 min nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilir ki, son sutka əzrində ölkədə pandemiyadan 319 nəfər vəfat edib, bununla da ölənlərin ümumi sayı 2 314 nəfərə çatıb.

“Ölkədə koronavirusa yoluxanların sayı 37 575 nəfərə çatıb. Son 24 saatda 4,6 mindən çox yoluxma halı qeydə alınıb”, - deyə məlumatda bildirilir.

Hazırda ölkə xəstəxanalarının reanimasiya şöbələrində 4 273 nəfər var. 


Oxunma sayı: 9703

Oxşar yazılar