Bu gün açılışı olan “Yeni klinika” tibb müəssisəsində koronavirusa yoluxan xəstələr müalicə alacaqlar

  • 20:25 - 28 Mart

Bu gün Bakıda açılışı olan “Yeni klinika” tibb müəssisəsində müvəqqəti olaraq sabahdan etibarən koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar.

Bu barədə tibb müəssisəsinin açılışında bildirilib. Qeyd olunub ki, tibb ocağı 575 çarpayılıqdır. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər.


Oxunma sayı: 17183

Oxşar yazılar