Bakıda qardaşı arvadını qətlə yetirən şəxs saxlanıldı

  • 16:22 - 28 Mart

Qobustan qəsəbəsində yaşayan Laləzər Kərimli qaynı tərəfindən öldürülüb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, martın 26-da Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Laləzər Kərimlinin evində qətlə yetirilməsi barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məlumat daxil olub. 

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

İstintaq-əməliyyat tədbirləri ilə L.Kərimlinin qaynı, əvvəllər məhkum olunmuş S.Kərimov tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirilməsi müəyyən edilib. 

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Kərimov saxlanılıb.


Oxunma sayı: 6447

Oxşar yazılar