Naxçıvanda yeni təyinatlar olub

  • 12:43 - 28 Mart

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar nazirinə yeni müavin təyin edilib. 

Avropa.info xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb. 

Sərəncama əsasən, bu vəzifəyə Həbib Məzahir oğlu Novruzov təyin edilib. 

V.Talıbovun digər sərəncamı ilə Çapay Qadir oğlu Quliyev Naxçıvan Müəllimlər İnstitutunun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru təyin olunub. 

Ali Məclis sədrinin imzaladığı daha bir sərəncamla isə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Cavid Ələşrəf oğlu Məmmədov vəzifəsindən azad edilib.


Oxunma sayı: 4511

Oxşar yazılar